Taylandda məktəb avtobusu yanıb: 20 nəfər ölüb

1 Oktyabr 2024 17:21 (UTC+04:00)

Taylandda dəhşətli qəza...

Məktəb gəzintisi üçün 6 müəllim və 38 şagirdi daşıyan avtobus Uthai Thani bölgəsindən yola düşdükdən qısa müddət sonra alovlara təslim olub.

Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə avtobusun içərisinə çatıb.

44 nəfərin olduğu məktəb avtobusunda həyati təhlükə yaranıb.

Tailandın nəqliyyat naziri Suriya Jungrungruengki qəzanı ictimaiyyətə açıqlayaraq açıqlama verib.

Daxili işlər naziri Anutin Çarnvirakul da hadisə yerində araşdırmaların davam etdiyini və ölənlərin sayını hələlik təsdiq edə bilmədiklərini bildirib.

Charnvirakul, sağ qalanların sayına görə 20 nəfərin öldüyünü qiymətləndirdiklərini söyləyib.

Mövsüm

AzNews.az