Yəmən husiləri Qırmızı və Ərəb dənizlərində iki gəmiyə hücum etdiyini açıqlayıb

1 Oktyabr 2024 20:51 (UTC+04:00)

Yəmən husiləri Qırmızı və Ərəbistan dənizlərində, eləcə də Hind okeanında iki ticarət gəmisinə hücum edib.

Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya bu barədə Teleqram kanalında məlumat verib.

İlk əməliyyatın hədəfinin Qırmızı dənizdə səkkiz ballistik və qanadlı raket, həmçinin pilotsuz təyyarə və pilotsuz qayıqla hücuma məruz qalan Britaniya neft tankeri Cordelia Moon olduğu bildirilib. Husilərin sözlərinə görə, gəmiyə ciddi ziyan dəyib.

İkinci və üçüncü əməliyyatlar zamanı ilk olaraq Hind okeanında qanadlı raketlə vurulan “Marathopolis” gəmisi hücuma məruz qalıb. Daha sonra Ərəbistan dənizində gəmi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Son hücumun birbaşa zərbə ilə başa çatdığı qeyd edilir.

Mövsüm

AzNews.az