Bağdaddakı Amerika bazasına raket hücumu...

1 Oktyabr 2024 20:54 (UTC+04:00)

Yaxın Şərqdə gərginlik artmaqda davam edərkən, İraqdan yeni bir hücum xəbəri gəlib.

Bağdad beynəlxalq hava limanında ABŞ əsgərlərinin olduğu bazaya üç raket atıldığı bildirilib. Hadisə zamanı insan itkisi olmayıb.

Bu barədə Türkiyənin NTV xəbər portalı məlumat yayıb.

"Bağdad hava limanındakı Zafer bazası üç raketlə hədəfə alınıb, onlardan ikisi bazanın xüsusi müdafiə sistemləri tərəfindən vurulub, üçüncüsü isə Terrorla Mübarizə Xidməti Komandanlığının qərargahı yaxınlığında düşüb", - məlumatda qeyd edilib.

Hücum Qəzzada müharibənin və İsrailin Livana hücumunun qurudan hücumu regional münaqişəyə çevirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verib.

Qeyd edək ki, oktyabrın 7-də Qəzzada müharibə başlayandan bəri silahlı qruplar Vaşinqtonun İsrailə hərbi dəstəyi səbəbindən İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazaları hədəfə alır.

Vaşinqton buna cavab olaraq qrupun hər iki ölkədəki qərargahına dəfələrlə hava zərbələri endirib.

Mövsüm

AzNews.az