Dünən İsrail ordusu oktyabrın 7-dən bəri Livandakı Hizbullah hədəflərinə ən əhatəli hava hücumunu həyata keçirib. Ölkənin cənubundakı hədəflər, şərqdəki Bekaa vadisi və şimalda Suriya sərhədindəki bəzi ərazilər havadan vurulub. Hizbullah raket hücumları ilə cavab verib.
Livan-İsrail sərhədində müharibənin yeni mərhələsi bu bölgəyə marağın artmasına səbəb olub. Əslində Hizbullahın İsraili hədəf alan hücumları Əqsa Tufanı əməliyyatının ertəsi günü başlayıb və son 8 ayda təxminən 400 Hizbullah əsgəri həyatını itirib. Zamanla sürət qazanan bu müharibədə Hizbullahın əsas strategiyası İsraili şimal cəbhəsində gecikdirərək işğalçı qüvvələrin diqqətini bölmək idi. Hizbullah bu yolla həm İsrailin bütün gücü ilə Qəzzaya hücumunun qarşısını almağı, həm də Fələstin müqavimət qruplarına olan təzyiqləri azaltmağı hədəfləyir. Son 3 ayda sərhəddə intensivləşən qarşıdurmalar və İsrailin Hizbullahın yüksək səviyyəli komandirlərindən Talib Sami Abdullahın öldürülməsi ilə daha çox gözə çarpan hərbi hərəkətlilik sözügedən strategiyanın bir hissəsidir.
Oktyabrın 7-dən bu yana genişmiqyaslı müharibənin tərəfi olmadığını açıqlayan Hizbullah Livanın yerli şərtlərinə görə ehtiyatlı davranırdı, digər tərəfdən isə döyüş qabiliyyətini artıran yol xəritəsini izləyirdi. Hizbullahın son zamanlar hücumlarının dozasını artırması ehtiyatlılıq və hərəkət balansında izlədiyi strategiyanın nəticəsi kimi şərh edilə bilər. Bu yolla hərəkat iki ehtimalı planlaşdırır. Bunlardan birincisi İsrailin geri addım ataraq müharibəni bitirməsi, ikincisi isə Qəzza cəbhəsini bağlayaraq Livana qarşı hərtərəfli müharibəyə başlamasıdır.
Biz 2006-cı ilin iyul müharibəsində Hizbullahın oxşar strategiyasını gördük. Seçkilərdə qalib gələn HƏMAS-a zərbə vurmaq üçün İsrailin Qəzzaya başlatdığı hücumları aradan qaldırmaq prosesinə qarışan Hizbullah, müharibəni Livan sahəsinə çəkərək HƏMAS-ı rahatlatdı. Əgər bu gün də eyni ehtimal ortaya çıxsaydı, başlatdığı deyil, işğalçının hücumuna cavab verən müharibəyə qoşulmaq Hizbullahın daxili legitimliyinə xələl gətirməzdi. Bu prosesdə yerli aktorlardan bəziləri Hizbullahı dəstəkləməsələr də, işğalçının varlığına görə tamamilə ona qarşı olmayacaqlar. Ancaq hər şeyə baxmayaraq, yerli və regional konyukturaya görə belə bir müharibə Hizbullahın tələb etdiyi variant deyil. Buna görə də, 2006-cı ilin iyul müharibəsindən fərqli olaraq, İsraili Livan ərazisinə çəkən yüksək intensiv hücumlar aylar sonra baş verdi. Bir sözlə, Hizbullah dünyaya bu mesajı verir: Biz Livan ərazisində genişmiqyaslı müharibə istəmirik, lakin müqavimət oxunun gələcəyini qurban vermək fikrində deyilik və lazım gələrsə, son seçim olsa belə, İsraillə genişmiqyaslı müharibədən qaçmayacağıq.
İsrail üçün Hizbullahın dayandırılması mühüm təhlükəsizlik probleminə çevrilib. Cənubi Livandan gələn hücumlar səbəbindən İsrailin şimalında həyat demək olar ki, tamamilə dayanıb. Sakinlərin bu əraziləri tərk etməli olması və İsrail əsgərlərinin raketlər, ağır silahlar və pilotsuz uçuş aparatları ilə itki verməsi Hizbullahın çəkindirici gücünün İsrail ictimaiyyətində müzakirə olunmasına səbəb olub. O baxımdan müharibənin çox uzanacağı israilin maraqlarına zidd hesab oluna bilər.
İsrailin Livana müharibə elan etməsi 2 səbəblə əlaqələndirilə bilər: Birinci halda, İsrail Livanda ictimai rəyi sakitləşdirmək və şimal hissəsində çarəsizliyini ört-basdır etmək üçün dar miqyaslı əməliyyat keçirməyi düşünür. Belə olan halda hərbi potensial baxımından özünü xeyli inkişaf etdirmiş “Hizbullah”a qarşı quru müharibəsi aparmaq heç də asan olmayacaq. İkinci ssenaridə ABŞ və Körfəz ölkələrinin dəstəyi ilə müharibə başladılıb. İstənilən halda İranın və regionun digər qeyri-dövlət aktorlarının da iştirakı ilə müharibənin bütün regionda genişlənməsindən söhbət gedə bilməz.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi