İsrail Quterreşin ölkəyə girişinə qadağa qoyub

2 Oktyabr 2024 20:38 (UTC+04:00)

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, xarici işlər naziri İsrael Katzın BMT-nin baş katibi Quterreşi “persona non-qrata” elan etdiyi bildirilib.

Açıqlamada Quterreşin də ölkəyə girişinə qadağa qoyulduğu, qərarın BMT baş katibinin dünən İranın raket hücumundan sonra verdiyi açıqlamaya görə verildiyi bildirilib.

BMT-nin baş katibi dünənki bəyanatında atılan raketlərlə bağlı İranın adını çəkməyib və Tehranın hücumunu “birbaşa qınamayıb” .

Açıqlamada Katz Quterreşi anti-İsrail olmaqda ittiham edərək, " Demək olar ki, İranın İsrailə qarşı iyrənc hücumunu açıq şəkildə qınamayan, həmən-həmən dünya ölkələrindəki kimi, İsrail torpaqlarına ayaq basmağa layiq deyil" ,- qeyd edib.

Qeyd edək ki, dünən İranın İsrailə hücumundan sonra verdiyi açıqlamada Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb.

Mövsüm

AzNews.az