akıda yeniyetmənin qətli ilə bağlı bəzi detallar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, oktyabrın 2-də saat 15:30 radələrində qətlə yetirilən şəxs Sabunçu rayonu 71 nömrəli məktəbin XI sinif şagirdidir. O, dərsdən kənar vaxtda qətlə yetirilib.
Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.
TƏBİB-dən verilən məlumata görə, oktyabrın 2-də saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.