ABŞ-ın cənub-şərqini vuran Helen qasırğası nəticəsində ölənlərin sayı 191 nəfərə çatıb, bir çoxu bu gün də itkin düşmüş hesab olunur.
Bu barədə CNN məlumat yayıb.
Materialda bildirilir ki, tələfatların çoxu qasırğadan ən çox zərər çəkən Florida ştatında baş verib. Corciya, Alabama və Cənubi Karolina ştatlarında da ölüm halları qeydə alınıb.
Xilasetmə işləri davam edir, lakin ekspertlər ölənlərin sayının daha da arta biləcəyini proqnozlaşdırırlar.
Mövsüm
AzNews.az