ABŞ-nin Gürcüstandakı səfirliyi ölkədəki amerikalılara elektron məktublar göndərərək onları parlament seçkiləri günü, oktyabrın 26-da insanların sıx olduğu yerlərə getməkdən çəkinməyə çağırır.
Aznews.az xəbər verir ki, bu barədə Imedi məlumat yayıb.
Məktubda qeyd olunur ki, həmin gün kortəbii nümayişlər baş verə bilər, çünki “Gürcüstanda keçmişdə planlaşdırılmamış, zorakılıqla müşaiyət olunan kortəbii etirazlar baş verib”. Diplomatik missiya amerikalıları sayıq olmağa çağırır.