Şolz atəşkəsə, Yaxın Şərqdə siyasi prosesin başlanmasına çağırır

7 Oktyabr 2024 17:40 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz HƏMAS-ın İsrailə hücumunun ildönümündə atəşkəsə nail olmaq və Yaxın Şərqdəki münaqişəni həll etmək üçün siyasi prosesin başlanmasına çağırıb.

“İsraildəki əziz dostlar, biz sizinləyik, biz sizin tərəfinizdəyik”,-deyə Şolz qeyd edib.

Eyni zamanda, Şolz Qəzza zolağında fələstinlilərin çəkdiyi əzabları xatırladıb. "Zorakılıq və aclıqla gündəlik təmas yaxşı bir şeyin yaranması üçün əsas deyil",- kansler bildirib. Onun fikrincə, insanlara ümid və perspektiv lazımdır.

"Buna görə də Almaniya hökuməti atəşkəs, girovların azad edilməsi və bu gün əvvəlkindən daha uzaq görünsə də, siyasi prosesin başlanmasının tərəfdarıdır", - Şolz bildirib. O qeyd edib ki, “İsraillilər və fələstinlilər uzun müddət birlikdə sülh şəraitində yaşaya bilsinlər” deyə, Yaxın Şərq probleminin iki dövlət əsasında həllinə nail olmaq lazımdır.

Şolz həmçinin İran və Hizbullahı İsrailə qarşı zərbələri dayandırmağa çağırıb.

Mövsüm

AzNews.az