“The Daily Telegraph” yazır ki, Böyük Britaniya qanunsuz miqrantların sayına görə bütün Avropa ölkələri arasında birinci yerdədir.
Hazırda orada 745 minə qədər qeydiyyatsız sakin yaşayır.
AzNews.az xəbər verir ki , ilin əvvəlindən bəri ölkəyə 26,6 min qeyri-qanuni mühacir hava ilə doldurulan qayıqlarla Manş kanalı vasitəsilə gəlib. Oktyabrın 5-də Britaniyaya qeyri-qanuni yollarla 973 nəfər keçib ki, bu da gündəlik rekord göstəricidir.
Avropada qeyri-qanuni miqrantların sayına görə ikinci yeri 700 minə qədər belə insanın yaşadığı Almaniya tutur.
Mövsüm
AzNews.az