Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyanın görüşü zamanı 2025-ci il yanvarın 1-dən etibarən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının İran və Türkiyə ilə dövlət sərhədlərinin mühafizəsində iştirak etməsi barədə razılıq əldə olunub.
AzNews.az bu barədə "Novosti Armeniya"ya istinadən xəbər verir.
Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Nikol Paşinyan ilə Vladimir Putin arasında keçirilən görüş zamanı 2025-ci il yanvarın 1-dən etibarən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının İran və Türkiyə ilə dövlət sərhədlərinin mühafizəsində iştirak etməsi barədə razılıq əldə edilib.
Eyni zamanda, dəqiqləşdirilib ki, İranla sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində yalnız erməni sərhədçilər xidmət edəcəklər.
“Baş nazir, Ermənistan Respublikası müstəqillik əldə etdiyi andan etibarən İranla dövlət sərhədində Rusiya FTX sərhəd qoşunlarının xidmətlərinə görə Putinə təşəkkür edib,” - deyə o əlavə edib.