İranda 39 millət vəkili Ali Milli Təhlükəsizlik Şurasından İsraildən gələn təhdidlər fonunda İslam Respublikasının müdafiə strategiyasına yenidən baxılmasını istəyib.
"ISNA" agentliyi bu barədə Höccətül-İslam İslam Şurasının mədəniyyət komissiyasının üzvü Həsən Əli Əhli Əmiriyə istinadən məlumat yayıb.
Nəşrə müsahibəsində siyasətçi qeyd edib ki, İranın müdafiəsini gücləndirmək əsas prioritet olub. Hazırda heç bir ölkə “hər hansı cinayət törədən sionist rejimi” idarə edə bilmir.
“Bunun əsasında 39 parlamentari Ali Milli Təhlükəsizlik Şurasına məktub yazıb və orada müdafiə doktrinasına yenidən baxılmasını təklif ediblər”, - ISNA onun sözlərindən stat gətirib.
Mövsüm
AzNews.az