Ədalət Vəliyev partiya sədrini qəbul edib

9 Oktyabr 2024 20:41 (UTC+04:00)

Ağ Partiyanın sədri Tural Abbaslı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Tural Abbaslının özü məlumat yayıb.

Məlumatda deyilir:

"Ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev ilə görüşüm oldu. Görüşdə son parlament seçkilərinin nəticələri, iqtidar-müxalifət dialoqunun inkişafı, ölkədə milli siyasi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda hörmətli Ədalət Vəliyevə qəbul üçün təşəkkürümü bildirdim və Ağ Partiyanın sədri kimi iqtidar-müxalifət dialoqunun inkişafı və milli siyasi birliyin möhkəmləndirilməsi istiqamətində aparılan işləri dəstəklədiyimi bir daha diqqətə çatdırdım".

AzNews.az