Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər müqabilində Kiyevə 35 milyard avro kreditin verilməsi mexanizmini razılaşdırıblar və bunu Aİ Şurasında təsdiqləmək üçün yazılı prosedura başlayıblar.
Bu barədə Macarıstan sədrliyi özünün X səhifəsində bildirib.
“Səfirlər Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən fövqəladə gəlirlərin kreditlərə xidmət və qaytarılması üçün istifadəsi ilə bağlı aşağıdakı hüquqi aktların qəbulu üçün yazılı prosedurdan istifadə etməyə razılaşdılar: Ukrayna Avropa Parlamenti tənzimləmə layihəsi ilə bağlı mövqeyini qəbul etdikdən sonra yazılı prosedur başlayacaq”, - deyə sənəddə bildirilir.
Aİ-dən verilən 35 milyard avroluq kredit G7 kredit xəttinin bir hissəsi olmalıdır ki, bu da ümumilikdə 50 milyard dollar və ya 45 milyard avro təşkil edəcək.
Mövsüm
AzNews.az