Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları qeyri-legitimdir — XİN

9 Oktyabr 2024 22:14 (UTC+04:00)

Aİ Şurası tərəfindən təsdiqlənən Rusiyaya qarşı yeni sanksiyalar rejimi qeyri-legitimdir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-legitim olan növbəti sanksiya rejimidir. O, xaricdə sabitliyi pozan hərəkətlərə görə məsuliyyət daşıdığı iddia edilən Rusiya fiziki və qurumlarını hədəf alır", - diplomat bildirib.

Mövsüm

AzNews.az