Cənubi Koreyalı yazıçı Han Qanq Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

10 Oktyabr 2024 15:46 (UTC+04:00)

Cənubi Koreyalı yazıçı Han Qanq 2024-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb.

Bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Tədbirin rəsmi X (keçmiş Twitter) hesabında deyilir: "2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı Cənubi Koreyalı yazıçı Han Kanqa "tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ortaya qoyan zəngin poetik nəsrinə görə" verilib.

Qeyd olunur ki, ədəbi laureatın əsərləri “Şərq təfəkkürü ilə sıx bağlı olan ağrının ikiqat dərk edilməsi, ruhi və fiziki işgəncələrin vəhdəti” ilə səciyyələnir.

Mövsüm

AzNews.az