Əgər Ukrayna NATO-ya qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlaması anlamına gələ bilər.
Bu barədə Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Mövcud şəraitdə Ukrayna NATO-ya qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq”, - deyə o bildirib.
Bundan əlavə, o əlavə edib ki, Macarıstan tərəfi həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təxribatının əleyhinə olub.
Mövsüm
AzNews.az