Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib

10 Oktyabr 2024 17:14 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksunu qəbul edib.

Qurumdan verilən məlumata görə, nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Azərbaycanda etnoidman növlərinin inkişafı, bu növlərdə təşkil olunan tədbirlər, eləcə də ölkəmizin Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva və Dünya Etnoidman Konfederasiyasının korporativ əlaqələr üzrə mütəxəssisi Azər Əbdürrəhman da iştirak ediblər.