AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 25 oktyabr “İnstitut günü” çərçivəsində “Tarix və Etnologiya İnstitutunun tarixindən” mövzusunda tədbir keçirilib. Səmimi ab-havada baş tutan tədbirdə alimlər öz xatirələrini danışıblar, institutun fəaliyyətini qiymətləndirib, gələcək haqqında arzularını bölüşüblər.
AzNews.az xəbər verir ki, giriş sözü ilə çıxış edən Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov institutun Azərbaycan elminə verdiyi töhfələrdən və keçdiyi inkişaf yolundan danışıb.
Akademik Yaqub Mahmudov çıxış edərək direktor olduğu illərdə görülən işlərdən danışıb, xatirələrini bölüşüb. Tədbir çərçivəsində rəssam Cəmaləddin İsmayılovun müəllifi olduğu Yaqub Mahmudovun portretinin təqdimatı olub, portret “Direktorlar guşəsi”ndə asılıb.
Daha sonra sonra institutun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, “Dünya tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova, “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Hacı Həsənov, “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, “Azərbaycan XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin müdiri, tarix elmlər doktoru, dosent Ramil Ağayev, “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov, “Azərbaycan Xalq Cumhuriyyətinun tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov institutun tarixindən, burada işə başladıqları gündən bu günə qədər xatirələrindən danışıblar. Çıxışlarda vurğulanıb ki, 89-cu ildönümünü yaşayan Tarix və Etnologiya İnstitutu tariximizin tədqiqi baxımdan ölkənin ən öndə gedən elmi təşkilatı olmaqla yanaşı, hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub.
AzNews.az