AP deputatı Aİ vətəndaşlarının enerji yoxsulluğundan danışıb

10 Oktyabr 2024 18:48 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin vətəndaşları elektrik enerjisinin qiymətinin artması fonunda enerji yoxsulluğu içərisindədir.

Bu barədə Avropa Parlamentinin (AP) Rumıniyadan olan deputatı Mihai Tudosenin Avropa Komissiyasına (AK) müraciətində deyilir.

“Avropalıların yalnız 25%-i Aİ-nin daha sərfəli enerji qiymətlərindən faydalanmaq üçün tədbirlər gördüyünə inanır. Buna görə də, bir çox istehlakçılar damlarını, divarlarını və pəncərələrini izolyasiya etmək üçün addımlar atır, bəziləri də günəş panelləri quraşdırır və əhalinin enerji istehlakının yeni modelinə uyğunlaşmağa hazır olduğuna dair aydın əlamətlər var”,- deputat qeyd edib.

Parlamentarinin sözlərinə görə, avropalıların 50%-i təcili olaraq enerji istehlakının azaldılması tədbirləri üçün Aİ-nin dəstəyinə ehtiyac duyur, 53%-i isə Aİ-ni enerji yoxsulluğunda yaşayan ailələrə kömək etməyə çağırır.

Mövsüm

AzNews.az