Kansler Almaniyanın İsrailə silah tədarükünü davam etdirəcəyini bildirib

10 Oktyabr 2024 18:52 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz hökumətin yəhudi dövlətinə dəstək verməməsi ilə bağlı müxalifət üzvlərinin tənqidlərinə cavab verərək, Berlinin İsrailə silah tədarükünü davam etdirəcəyini bildirib.

O, Fələstinin Həmas hərəkatının İsrailə hücumunun birinci ildönümünə həsr olunmuş Bundestaqda keçirilən debatda deyib: "Biz silah tədarük etməmək barədə qərar qəbul etməmişik. Biz silah tədarük etmişik və edəcəyik. Bu, Almaniya hökumətinin mövqeyidir".

"Federal Təhlükəsizlik Şurasının məxfilik qaydalarını pozmayacağam, lakin hökumət yaxın gələcəkdə əlavə tədarükləri təmin edəcək qərarlar qəbul etdi və siz bunun saxta ittiham olduğunu görəcəksiniz" ,- deyə Kansler qeyd edib.

Mövsüm

AzNews.az