Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzada humanitar vəziyyəti müzakirə etmək üçün toplanıb.
Qəzzada humanitar vəziyyəti müzakirə etmək üçün toplanan sessiyada baş verənlərə diqqət çəkilib.
Sessiya Əlcəzair və Sloveniyanın xahişi ilə təşkil olunub.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Əhməd Yıldız UNRWA-nın pis niyyətli və siyasi motivli qaralama kampaniyasına məruz qaldığına diqqət çəkib.
UNRWA personalına və obyektlərinə qarşı hücumların qəbuledilməz olduğunu qeyd edən Yıldız, sözügedən hücumları qınadıqlarını bildirib.
Yıldız “UNRWA-nın səlahiyyəti, funksiyası, institusional quruluşu və 70 ildən çox təcrübəsi ilə fələstinli qaçqınlara dəstək olduğunu və əvəzedilməz olduğunu” vurğulayıb .
UNRWA-nın təkcə əsas humanitar yardım təşkilatı olmadığını qeyd edən Yıldız, agentliyin bölgədə sabitləşdirici qüvvə olduğunu da bildirib.
Səfir Yıldız, " UNRWA-ya qarşı hücumlar beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Agentlik var, çünki siyasi həll yoxdur" ,- deyə qeyd edib.
UNRWA-nı qorumaq üçün BMT Təhlükəsizlik Şurasının təcili hərəkətə keçməli olduğunu vurğulayan Yıldız, həmçinin bütün üzv ölkələri dəstəyini artırmağa çağırıb.
Yıldız Türkiyənin bu il UNRWA-ya əlavə 2 milyon dollar yardım ayırdığını qeyd edib.
Mövsüm
AzNews.az