Mədəniyyət Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilir.
Bu fikirləri Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Şərq ölkələri filmlərinin dünyaya tanıdılması üçün vacib platforma rolunu oynayacaq “Omarket”in platformasının açılışı mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib.
Qeyd olunub ki, gənc istedadları dəstəkləmək, onların potensialını artırmaq və milli kinematoqrafiyamızın beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilir.
Bunların sırasında ARKA tərəfindən 2023-cü ildə elan edilən film layihələri müsabiqəsini, bu il elan edilən postprodakşn mərhələsində olan film layihələrinin tamamlanmasına dəstək müsabiqəsi və qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsini qeyd etmək olar. Mədəniyyət Nazirliyi həmçinin mütəmadi olaraq animasiya, tammetrajlı və qısametrajlı filmlər, sənədli filmlərə dair film festivallarına dəstək göstərir.