Boliviyanın keçmiş prezidenti Moralesin həbsinə order verilib

11 Oktyabr 2024 15:56 (UTC+04:00)

Boliviya mətbuatında çıxan xəbərə görə , keçmiş prezident Eva Morales haqqında həbs qərarı çıxarılıb.

Prokuror Sandra Qutierrez açıqlamasında Moralesin 2006-2019-cu illər arasında prezident olduğu dövrdə "insan alveri" ilə məşğul olduğu iddiası ilə həbs qərarı verildiyini bildirib və "Morales və istintaq altında olan digər şəxslər lazımi qaydada məlumatlandırılıb. Heç kimin özünü müdafiə haqqı pozulmur, hər şey şəffaf və qanuna uyğun olaraq həyata keçirilir",- deyə qeyd edib.

Boliviyanın hazırkı prezidenti Luis Arce hökuməti ilə gərginlik yaşayan Morales ona qarşı “siyasi təqib” edildiyini bildirib.

Daha əvvəl iki dəfə ifadə verməyə çağırılan Morales prokurorun zənglərinə cavab verməyib.

Mövsüm

AzNews.az