İran ABŞ-la müharibə etməyəcək - SEPAH komandirinin müşaviri

11 Oktyabr 2024 18:07 (UTC+04:00)

İsrail İran və ABŞ arasında tam müharibə görməkdən başqa bir şey istəməz, lakin Tehran bunu etməyəcək.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş müşaviri general Hüseyn Daği qeyd edib.

"İran və ABŞ arasında müharibə sionist rejimin (İsrail -) çoxdankı məqsədlərindən biridir, lakin bu gün sionist rejim çox zəif və kövrək vəziyyətdədir. İrana qarşı müharibə yolverilməzdir və biz İran xalqını əmin edirik ki, İslam Respublikasının silahlı qüvvələri güclüdür”, - Tasmin agentliyi onun sözlərini sitat gətirib.

O, oktyabrın 1-də İsrailə raket hücumunun İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini sıradan çıxardığını vurğulayıb: "Təhlükəsizlik İran üçün qırmızı xəttdir. Sionist rejim qaçılmaz məğlubiyyətə düçar olacaq və İran qalib gələcək". O, İsrailə qarşı yeni hücumların "daha sarsıdıcı" olacağı barədə xəbərdarlıq edib.

Mövsüm

AzNews.az