Şolz Ukraynaya hərbi yardım üçün 600 milyon avro ayrıldığını açıqlayıb

11 Oktyabr 2024 18:10 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz Ukraynaya 600 milyon avro dəyərində hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.

"Biz bu yaxınlarda Ukraynaya 600 milyon avro dəyərində yeni, hərtərəfli hərbi yardım paketi çatdırdıq" ,- deyə Şolz Volodimir Zelenski ilə Berlində görüşündə deyib.

Almaniya kansleri ölkəsinin prioritetinin Ukraynanın hava hücumundan müdafiə sistemini dəstəkləmək olduğunu bildirib. Onun sözlərinə görə, paketə digər şeylərlə yanaşı, beşinci İris-T SLM sistemi, piyadaların döyüş maşınları (IFV), tanklar, özüyeriyən artilleriya qurğuları (ÖQ), artilleriya sursatları və pilotsuz təyyarələr daxildir.

Mövsüm

AzNews.az