Aİ-də üz skan edən sərhəd nəzarət sistemi yenidən təxirə salınıb

11 Oktyabr 2024 20:51 (UTC+04:00)

Avropa İttifaqı Aİ hüdudlarından kənarda vətəndaşlar üçün sərhəd qapılarında barmaq izi və üz skan sisteminin tətbiqini növbəti dəfə təxirə salıb.

Noyabrın 10-da həyata keçirilməsi planlaşdırılan sistem Almaniya, Fransa və Hollandiyanın hazır olmadıqlarını bəyan etməsindən sonra yenidən təxirə salınıb.

BBC-yə danışan mənbələr Aİ-nin proqram təminatının hələ İngiltərə sərhəd sistemlərində canlı sınaqdan keçirilmədiyini bildirib. Aİ-nin daxili işlər komissarı Ylva Johansson yeni tarixin müəyyən edilmədiyini, lakin sistemin mərhələli şəkildə tətbiq ediləcəyini bildirib.

"10 noyabra hazır olmayacağımız aydındır" deyən Yohansson, "Addım-addım irəliləyəcəyik",- deyə qeyd edib.

Qeyd edək ki, sistemin məqsədi pasportların biometrik məlumatlarla rəqəmsal əlaqələndirilməsidir. Səyahətçilər öz biometrik məlumatlarını sərhəd qapılarında qeyd etmək üçün portativ cihazlardan istifadə edəcəklər. EES quru sərhədləri, hava limanları, limanlar, dəmir yolu stansiyaları, o cümlədən Eurostar xidmətləri və Aİ-nin bütün xarici sərhədlərində etibarlı olacaq.

Mövsüm

AzNews.az