Bayden Rusiya, Çin və KXDR ilə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb

14 Oktyabr 2024 10:28 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden deyib ki, Vaşinqton nəzəri təhlükə risklərini azaltmaq üçün nüvə arsenalının azaldılmasına dair Moskva , Pekin və Pxenyanla danışıqlara hazırdır.

Müvafiq bəyanat Ağ Evin saytında dərc olunub.

“ABŞ nüvə təhlükəsini azaltmaq üçün ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır. Nüvə arsenallarının azaldılmasında irəliləyişə mane olmaq nə bizim ölkələrimizə, nə də dünya üçün faydalı deyil”, - sənəddə qeyd olunur.

Bayden həmçinin qeyd edib ki, nüvə təhlükəsinin mövcudluğu dünyanın uzun müddətdir kollektiv şəkildə üzərində işlədiyi norma və razılaşmaları pozur.

Mövsüm

AzNews.az