Macarıstan Ukraynaya hərbi yardım göstərmək üçün Aİ ölkələrinin Avropa Sülh Fonduna könüllü töhfələrə qarşı deyil , lakin özü də vəsaitin toplanmasında iştirak etməyəcək.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Cozef Borrelin könüllü olaraq bu cür töhfələr vermək təklifi Aİ xarici işlər nazirləri rəhbərlərinin Lüksemburqda bugünkü görüşündə müzakirə olunub.
“Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Cozef Borrell könüllü olaraq töhfə vermək təklifini irəli sürüb. 2,5 ildir ki, məhz buna çağırırıq. Mən Ali Nümayəndəyə dedim ki, biz könüllülük əsasında ianələri dəstəkləyirik”, - deyə Siyarto M1 TV tərəfindən yayımlanan görüşdən sonra keçirilən brifinqdə bildirib.
Mövsüm
AzNews.az