Rusiyanın xarici işlər naziri Sergey Lavrov Roma Papasının Ukraynada sülh yolu ilə nizamlanması üzrə nümayəndəsi kardinal Matteo Zuppi ilə humanitar sahədə əməkdaşlığı müzakirə edib.
“Söhbət zamanı tərəflər Ukrayna ətrafındakı münaqişə kontekstində humanitar sahədə əməkdaşlığı ətraflı müzakirə ediblər”, - deyə idarənin saytında bildirilib..
Qeyd edilib ki, Moskvada baş tutan görüşdə ikitərəfli və beynəlxalq gündəliyin cari məsələləri müzakirə olunub.
Mövsüm
AzNews.az