AP komitəsi 35 milyard avroluq Ukrayna kreditinin Rusiya aktivlərindən əldə edilən gəlirlə ödənilməsini dəstəkləyib

14 Oktyabr 2024 20:27 (UTC+04:00)

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi səsvermənin internet yayımına əsasən, Aİ-nin Ukraynaya 35 milyard avro məbləğində kredit ayırmasını təsdiqləyib.

Komitənin sədri Bernd Lanq deyib: "Çoxluq tərəfindən qəbul edilib, heç bir düzəliş yoxdur".

Sənəd indi tam Avropa Parlamentinin müzakirəsinə çıxarılmalı və sonra qüvvəyə minməsi üçün Avropa Şurasının təsdiqini tələb etməlidir.

Aİ-nin 35 milyard avroluq krediti G7-nin ümumilikdə 50 milyard dollar və ya 45 milyard avro dəyərində kreditlərin verilməsi planının bir hissəsi olması nəzərdə tutulur. İqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni bildirib ki, bəlkə də G7-nin qalan ölkələri bir az daha çox vəsait ayıra bilər, ona görə də Avropa Komissiyası 35 milyard avroluq kreditin Avropa hissəsini bir qədər azalda bilər.

Mövsüm

AzNews.az