Borrell Aİ-də Ukrayna Silahlı Qüvvələri üçün təlimlərin daha iki il uzadıldığını açıqlayıb

14 Oktyabr 2024 21:04 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçilərinin hazırlanması üzrə missiyasını daha iki il uzatmaq niyyətindədir.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrell məlumat verib.

“Biz qərara gəldik ki, Ukraynadakı missiyamızın mandatını iki il uzadaq”, - o, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Görüşdən əvvəl Borrell qeyd edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən münaqişə kontekstində Aİ tərəfindən yeganə mümkün həll yalnız Kiyevə dəstəyin artırılması ola bilər".

Mövsüm

AzNews.az