İsrail və Livan arasında qarşılıqlı münaqişələr bütün intensivliyi ilə davam edir.
Livanda böyük dağıntılara səbəb olan İsrail ordusu növbəti dəfə BMT-nin Müvəqqəti İşçi Qrupunu (UNIFIL) hədəfə alıb.
İsrail ordusunun tankları BMT bazasına daxil olub. Hücum nəticəsində 15 BMT əsgəri yaralanıb.
Hadisə ilə bağlı İtaliyanın baş naziri Ciorcia Meloni sərt reaksiya verib.
İsrailli həmkarı ilə telefonla danışan Meloni Netanyahuya bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.
Baş nazirlikdən edilən yazılı açıqlamada, Meloni ilə Netanyahunun bu gün telefon danışığı etdiyi və "Baş nazir Meloni, UNIFIL-in İsrail silahlı qüvvələri tərəfindən hücuma məruz qalmasının qəbuledilməz olduğunu təkrarlayıb və missiyanın BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) regional sabitliyə töhfə vermək səlahiyyətinə malik olduğunu və buna uyğun hərəkət etdiyini xatırladıb. UNIFIL işçilərinin təhlükəsizliyinin hər zaman təmin edilməsinin mütləq zəruriliyini vurğulayıb".
Bəyanatda həmçinin qeyd olunub ki, Baş nazir Meloni İtaliyanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə yerinə yetirilməsi vasitəsilə İsrail-Livan sərhədinin sabitləşməsinə töhfə verə biləcəyi və köçkünlərin öz evlərinə qayıtmasına zəmanət verə biləcəyinə dair öhdəliklərini təkrarlayıb.
Mövsüm
AzNews.az