Səhərdən bəri Livandan Hizbullah yaraqlıları tərəfindən İsrailə 90-a yaxın mərmi atılıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
“Bu gün (14 oktyabr bazar ertəsi) saat 17:00-a olan məlumata görə, “Hizbullah” terror təşkilatı tərəfindən atılan 90-a yaxın mərmi var”.
“İDF İsrail dövlətini və onun xalqını Hizbullah terror təşkilatının yaratdığı təhlükəyə qarşı müdafiə etməyə davam edəcək”, - deyə İDF vurğulayıb.
Mövsüm
AzNews.az