Kosovo Baş naziri Albin Kurti Almaniyanın paytaxtı Berlində Avropa və Qərbi Balkan ölkələrinin liderlərinin bir araya gəldiyi “Berlin prosesi” sammiti çərçivəsində məsələ ilə bağlı açıqlama verib.
Təxminən 10 ildə Berlin Prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Kurti, daha çox hərəkətə ehtiyac olduğunu bildirib.
Albin Kurti, Kosovo qurumlarının 2022-ci ildə Berlin Prosesi çərçivəsində Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət etməsinə imkan verəcək razılaşmanı təsdiqlədiyini, lakin iki qurumdan biri olan Serb Respublikası (RS) bunu təsdiqləməkdən imtina etdiyini vurğulayıb.
BOSNİYA VƏ HERSEQOVİNA VƏTƏNDAŞLARI ŞƏXSİYYƏTLƏRİ İLƏ KOSOVAYA GEDƏ BİLƏCƏKLƏR
Baş nazir Kurti, "Gözləməni bitirmək qərarına gəldim. Gələn il yanvarın 1-dən etibarən Kosovo Respublikası şəxsiyyət vəsiqəsi ilə Bosniya və Herseqovina vətəndaşlarının sərbəst gediş-gəlişinə təktərəfli icazə verəcək",- deyə qeyd edib.
Mövsüm
AzNews.az