Nikaraqua prezidenti Daniel Orteqa İsrailin baş naziri Benyamin Netanyahunu Hitlerin oğlu adlandırıb.
Bu barədə “Quotidiano dei Contribuenti” qəzeti yazıb.
"İsrail hökumətinə şeytanın oğlu olan baş nazirin rəhbərlik etməsi inanılmazdır" deyən Orteqa Netanyahunu Hitlerə bənzətdiyini bildirib. Dövlət başçısı İsrailin terror siyasəti yürütdüyünə diqqət çəkib.
Bunun üzərinə o, ABŞ və Avropa İttifaqını İsraili silahlandırmaqda ittiham edib. O hesab edir ki, bu yolla “planet ümumi müharibəyə aparılacaq”.
Mövsüm
AzNews.az