ABŞ prezidenti Co Baydenin Amerikanın THAAD raketdən müdafiə sistemini və ona xidmət etmək üçün 100-ə yaxın hərbçini İsrailə təhvil verməsi son 24 saat ərzində dünya mediasının əsas mövzularından birinə çevrilib.
"Bayden, raketdən müdafiə sisteminin və ordunun yerləşdirilməsinin oktyabrın 1-də böyük bir hücum həyata keçirən İranla gərginləşən qarşıdurma fonunda “İsraili müdafiə etmək” üçün ediləcəyini söyləyib. Həmin vaxt İsrail ərazilərinə 180-dən çox ballistik raket atılıb. Eyni zamanda, Amerika hərbi qüvvələrinin İsraildə təlimlər xaricində yerləşdirilməsi olduqca nadirdir",- deyə nəşr qeyd edib.
Mövsüm
AzNews.az