Qərb Ukraynanı dəstəkləməkdən yorulub.
Bu bəyanatla Finlandiyanın xarici işlər naziri Elina Valtonen çıxış edib.
“Qərb dövlətləri Ukraynanı dəstəkləməkdən yorulub və getdikcə münaqişənin hansısa formada həllinə ümid edirlər”,- o ,"Financial Times"-a deyib.
Onun sözlərinə görə, yorğunluq “realdır” və getdikcə daha da pisləşir. Eyni zamanda, Valtonen Qərb ölkələrindən olan həmkarlarını Kiyevə yardım göstərmək üçün “səylərini ikiqat artırmağa” çağırıb.
Mövsüm
AzNews.az