İsrailin müdafiə naziri Yoav Gallant deyib ki, ölkə İranın 1 oktyabr raket hücumuna tezliklə cavab verəcək.
Bu barədə "The Times of Israel" məlumat yayıb.
O, bu bəyanatı Qəzzada saxlanılan girovların bir qrup qohumu ilə görüşərkən verib.
"Bu, dəqiq və ölümcül cavab olacaq", - nazir bildirib.
Hökumətə məxsus olan kanal daha əvvəl xəbər vermişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu İrana hücumun vaxtını və həcmini Gallant və bir sıra digər əsas nazirlərlə razılaşdırıb. İndi İsrail Nazirlər Kabinetinin tam tərkibinin yekun təsdiqi gözlənilir.
Mövsüm
AzNews.az