Kanadanın Baş naziri Castin Trüdo, Siqh separatçı təşkilatı Xalistan Azadlıq Qüvvələrinin (KLF) direktoru Hardip Sinx Nijcarın qətli ilə bağlı təhqiqatda hind diplomatlarına ittiham irəli sürüldükdən sonra Hindistanı Kanada torpaqlarında vətəndaşlarına qarşı zorakılıq kampaniyasına dəstək verməkdə ittiham edib.
"CBC News" xəbər verir ki, Kanada Kral Atlı Polisi (RCMP) Hindistan hökumətinin agentlərini Nijcarın öldürülməsi də daxil olmaqla Kanadada "geniş zorakılıqda rol oynamaqda" ittiham etdikdən sonra jurnalistlərə danışan Trüdo bu cür hadisələrin ictimai təhlükəsizliyə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Trüdo, heç bir ölkənin suverenliyinin bu cür əsaslı şəkildə pozulmasını qəbul etməyəcəyini vurğulayaraq, "Məncə, Hindistan hökuməti Kanada torpaqlarında kanadalılara qarşı cinayət fəaliyyətlərini dəstəkləyə biləcəyini düşünərək köklü bir səhv etdi. İstər qətl, istər qəsb, istərsə də digər hərəkətlər olsun bu qətiyyən qəbuledilməzdir”,-deyə qeyd edib.
RCMP-nin "Hindistanlı diplomatların şübhəli və qeyri-qanuni yollarla Kanada vətəndaşları haqqında məlumat topladığını" ortaya qoyduğuna işarə edən Trüdo, bu məlumatların daha sonra qəsbdən qətlə qədər zorakılıq hərəkətləri edəcək cinayət təşkilatlarına ötürüldüyünü söyləyib.
Mövsüm
AzNews.az