Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

15 Oktyabr 2024 20:08 (UTC+04:00)

Bosniya və Herseqovinanın mərkəzi və cənub bölgələrindəki şəhərləri vuran daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb, axtarış-xilasetmə qrupları Yablanitsa şəhərinin Donja Yablanica kəndində daha bir nəfərin cansız cəsədini tapıb.

Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə İdarəsi Konjic şəhərinin Buturovic Polje kəndində itkin düşən şəxsin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, 11 gün əvvəl ölkədə baş vermiş və infrastruktura külli miqdarda ziyan vuran təbii fəlakətdən sonra bütün rayona elektrik enerjisi verilsə də, telefon və supaylayıcı şəbəkədə təmir işləri davam etdirilir.

Axtarış-xilasetmə işlərinə və dağıntıların təmizlənməsinə kömək etmək üçün mindən çox könüllü bölgəyə axın edib.

Təbii fəlakətdən ən çox zərər çəkən və 19 nəfərin həyatını itirdiyi Yablanica şəhərində həyatını itirənlər üçün bu gün kütləvi cənazə namazı qılınacaq. Cənazə namazı Bosniya və Herseqovina İslam Birliyinin Rəisü'l-Üləmasi Hüseyn Əfəndi Kavazoviç tərəfindən qılınacaq və cənazə əməliyyatları icra ediləcək.

Mövsüm

AzNews.az