Politico: Fransa Ukraynaya 3 milyard avro yardım vədini yerinə yetirməyəcək

15 Oktyabr 2024 21:38 (UTC+04:00)

Fransa büdcə kəsiri səbəbindən Ukraynaya vəd etdiyi 3 milyard avroluq yardımı verə bilməyəcək.

Bu barədə "Politico" məlumat yayıb .

Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornunun sözlərinə görə, Paris bütün məbləği ödəyə bilməyəcək, lakin 2 milyard avroluq yardım göstərə biləcək.

“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avro təşkil edə biləcəyinə dair siyasi qərar verildi”, - deyə nəşr Lekornudan sitat gətirir.

Mövsüm

AzNews.az