Türkiyə Xarici işlər naziri Fidan Afinaya səfər edəcək

15 Oktyabr 2024 21:40 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstanın paytaxtı Afinaya səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş planlarını çatdıran diplomatik mənbələr ikilinin qitə şelfini və eksklüziv iqtisadi zona sərhədlərini müzakirə etmək üçün görüşəcəyini bildirib.

Mövsüm

AzNews.az