Ukraynanın baş naziri Denis Şmıqalın İsveçrəyə rəsmi səfəri “fors-major səbəblər” üzündən ləğv edilib, Ukrayna nümayəndə heyəti isə planlaşdırıldığı kimi Lozannada humanitar minatəmizləmə konfransında olacaq.
Bu barədə "Keystone-ATS" xəbər agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .
Ukrayna baş nazirinin səfərinin ləğvinə konkret nəyin səbəb olduğu barədə məlumat verilmir.
Bildirib ki, Şmıqal çərşənbə günü, oktyabrın 16-da Konfederasiya prezidenti Viola Amherdlə mətbuat konfransında çıxış etmək üçün rəsmi işgüzar səfərlə Bernə gəlməli idi.
Mövsüm
AzNews.az