Ağcabədi polisləri tərəfindən 6 silah götürülüb

16 Oktyabr 2024 10:52 (UTC+04:00)

Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları 5 tüfəngi könüllü olaraq təhvil veriblər, 1 ədəd odlu silah isə aşkarlanaraq götürülüb.

Araşdırmalar davam etdirilir.