Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

16 Oktyabr 2024 12:22 (UTC+04:00)

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

O, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.