Almaniyanın Lufthansa aviaşirkəti yəhudilərə qarşı ayrı-seçkiliyə görə cərimələnib

16 Oktyabr 2024 19:02 (UTC+04:00)

ABŞ Nəqliyyat Departamenti Almaniyanın Lufthansa aviaşirkətini yəhudiləri təhqir etdiyinə görə 4 milyon dollar cərimələyib.

Bu barədə "NBC News" məlumat yayıb.

İddialara görə, daşıyıcı 2022-ci ilin mayında Nyu-Yorkdan Budapeştə gedərkən bəziləri ənənəvi yəhudi paltarı geyinmiş 128 sərnişinə xidmət göstərməkdən imtina edib.

Lufthansa nümayəndələri qərarlarını müştərilərin maskalanması ilə bağlı daxili qaydalarla izah ediblər. ABŞ Nəqliyyat Departamenti hadisə yerindən videomaterialları öyrənərək belə qənaətə gəlib ki, şirkət əməkdaşları bilərəkdən antisemitizm nümayiş etdiriblər.

Mövsüm

AzNews.az