SEPAH generalı : İranın nüvə silahlarından daha güclü silahları var

16 Oktyabr 2024 19:09 (UTC+04:00)

İranın nüvə silahından daha güclü gizli silahları var.

Bunu briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi İbrahim Rüstəmi deyib.

“Bizim nüvə silahlarından əhəmiyyətli dərəcədə üstün olan silahlarımız var. Biz ölkəmizin potensialından və imkanlarından 100% istifadə edirik, ona görə də bu gün bizim qeyri-məhdud gücümüz var”, o, "Iran Watch"- a müsahibəsində bildirib .

İsrailin potensial təhlükələrindən danışan Rüstəmi qeyd edib ki, İran istənilən çağırışa hazırdır. Və onun yeni silahları regionda qüvvələr balansında ciddi dəyişikliklərə səbəb ola bilər. Hərbiçi qeyd edib ki, onun göstərdiyi silah növünün inkişafı ölkənin müdafiə qabiliyyətini gücləndirmək və İranın milli maraqlarını qorumaq strategiyasının bir hissəsi kimi həyata keçirilir.

Mövsüm

AzNews.az