ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Vaşinqton ştatında qəzaya uğrayıb

16 Oktyabr 2024 19:17 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler təlim uçuşu zamanı Rainier dağının yaxınlığında qəzaya uğrayıb.

Bu barədə "Seattle Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, təyyarə Uidbey adasının Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra Vaşinqton ştatındakı Kaskadların şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində insident nəticəsində itkin düşən iki pilotun şəxsiyyəti açıqlanmayıb.

Ekipaj üzvlərini tapmaq və qəza yerini araşdırmaq üçün bir qrup MH-60S helikopteri ilə Rainierə göndərilib. Hərbi Dəniz Qüvvələrinin təyyarəsinin axtarış sahəsi şimaldan cənuba 60 km-dən çox məsafəni əhatə edir.

Mövsüm

AzNews.az