Avstraliya Ukraynaya 49 tank göndərəcək

16 Oktyabr 2024 20:38 (UTC+04:00)

Avstraliya Müdafiə Sənayesi Departamenti yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd "M1A1 Abrams" tankının göndəriləcəyini açıqlayıb.

"ABC news"-un məlumatına görə, Avstraliya Müdafiə Sənayesi Naziri Pat Conroy, təxminən 245 milyon Avstraliya dolları dəyərində hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd "M1A1 Abrams" tankının göndəriləcəyini bildirib.

Conroy, "Bu tanklar Ukraynaya daha çox atəş gücü və hərəkətlilik təmin edəcək. Avstraliya Ukraynanı dəstəkləməkdə qərarlıdır",- deyə qeyd edib.

Ukraynanın Kanberradakı səfiri Vasil Myroşnıçenko bu yardımı alqışladığını və bunu ölkəsində insanların həyatını xilas edəcək “vacib addım” kimi qiymətləndirdiyini bildirib.

Mövsüm

AzNews.az